Azərbaycanda kapital bazarına dair qanunvericiliyin təkmilləşdirilməsi müzakirə olunub

Azərbaycanda kapital bazarına dair qanunvericiliyin təkmilləşdirilməsi müzakirə olunub "Bakı Fond Birjası" QSC və "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" (AFBİA) İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkədə kapital bazarına dair qanunvericiliyin təkmilləşdirilıməsi ilə bağlı tədbir keçirilib.
Maliyyə
22 May , 2024 15:10
Azərbaycanda kapital bazarına dair qanunvericiliyin təkmilləşdirilməsi müzakirə olunub

"Bakı Fond Birjası" QSC və "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" (AFBİA) İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkədə kapital bazarına dair qanunvericiliyin təkmilləşdirilıməsi ilə bağlı tədbir keçirilib.

"Report" bu barədə Assosiasiyaya istinadən xəbər verir.

Məlumata görə, tədbirdə Azərbaycan Mərkəzi Bankının nümayəndələri, AFBİA-nın üzv şirkətləri, ölkəmizdə fəaliyyət göstərən yerli və xarici konsaltinq və hüquq şirkətləri iştirak edib.

Tədbirdə mövcud qanunvericilik müzakirə edilib, eləcə də, kapital bazarlarının müsbət inkişafına təsir edə biləcək dəyişikliklər barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi