​Azərbaycanda ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumları artırılıb

​Azərbaycanda ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumları artırılıb Qərar əsasən mis məmulatlarına aid edilib
Maliyyə
3058
6 Avqust , 2016 01:13
​Azərbaycanda ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumları artırılıb

Bakı. 6 avqust. REPORT.AZ/ Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişikliklər edilib.

"Report" xəbər verir ki, bu barədə qurumun baş nazir Artur Rasi-zadə tərəfindən imzalanan qərarında bildirilir.

Qərara görə, Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilib:

- Saflaşdırılmamış mis; elektrolitik saflaşdırma üçün mis anodlar: 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

- Mis və sink əsasında ərintilər (latun): 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

- Mis və qalay əsasında ərintilər (tunc): 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

- Digər mis ərintiləri, mis tullantıları və qırıntıları: 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

- Saflaşdırılmış misin, mis ərintilərinin: 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

- Mis və sink əsasında ərintilər (latun) - 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

- Digərləri - 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 5 il müddətində qüvvədədir.

Son xəbərlər

Orphus sistemi