Azərbaycanda "istehlak səbəti"nin tərkibinə yenidən baxılması təklif olunur

Azərbaycanda "istehlak səbəti"nin tərkibinə yenidən baxılması təklif olunur Azərbaycanda inflyasiyanın hesablanması üçün istifadə olunan "istehlak səbəti"nin tərkibinə yenidən baxılmalıdır.
Maliyyə
23 May , 2024 12:50
Azərbaycanda istehlak səbətinin tərkibinə yenidən baxılması təklif olunur

Azərbaycanda inflyasiyanın hesablanması üçün istifadə olunan "istehlak səbəti"nin tərkibinə yenidən baxılmalıdır.

"Report" xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Dövlət Statistika Komitəsi bu ilin aprel ayında Azərbaycanda qiymət artımının qeydə alınmadığını - aylıq inflyasiyanın 0 % olduğunu açıqlayıb. Halbuki, kifayət qədər qiymət artımı var. Elə məhsullar var ki, insanlar onları bir neçə ildən bir alır. Təklif edirəm ki, səbətə daxil olan malların siyahısını yenidən nəzərdən keçirək", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi