Kredit qoyuluşlarının tərkibində əsas yeri istehlak kreditləri tutur və onların payına 7,384 mlrd. manat və ya 41,4% düşür. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 25,4%, xüsusi çəkisi isə 2,1 faiz bəndi artıb. Həmçinin, ümumi kreditlərin artımının 52,5%-i istehlak kreditlərin hesabına baş verib. Bu göstəricilər istehlak kreditləşməsinin Azərbaycan bank sistemi üçün əhəmiyyətindn xəbər verir.
Qeyd edək ki, kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin noyabrın 1-nə 943,4 mln. manat təşkil edib, bu isə illik müqayisədə 20,5% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi illik müqayisədə 5,2%-dən 5,3%-dək artıb.