Azərbaycanda istehlak kreditləşməsi azalıb

Azərbaycanda istehlak kreditləşməsi azalıb Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycanda maliyyə və kredit təşkilatları tərəfindən ev təsərrüfatlarına verilən kreditlərin həcmi illik müqayisədə 1,8% azalaraq 2018-ci il avqustun 1-nə 4 874,5 mln. manat təşkil edib. Beləliklə, bu sahədə kreditləşmə ölkə üzrə məcmu kredit qoyuluşunun 40,1%-ni əhatə edib.
Maliyyə
3 Sentyabr , 2018 15:25
Azərbaycanda istehlak kreditləşməsi azalıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycanda maliyyə və kredit təşkilatları tərəfindən ev təsərrüfatlarına verilən kreditlərin həcmi illik müqayisədə 1,8% azalaraq 2018-ci il avqustun 1-nə 4 874,5 mln. manat təşkil edib. Beləliklə, bu sahədə kreditləşmə ölkə üzrə məcmu kredit qoyuluşunun 40,1%-ni əhatə edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq hesabatına istinadən xəbər verir.

2018-ci il avqustun 1-nə daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka daxil olmaqla) 1 740,3 mln. manat kredit verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% çoxdur. Bu sahədə kreditləşmə ölkə iqtisadiyyatına məcmu kredit qoyuluşunun 14,3%-ni əhatə edib.

Qeyd edək ki, 2018-ci il avqustun 1-nə maliyyə və kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşu 12 170,7 mln. manat təşkil edib. Bunun isə 1 782,1 mln. manatının və ya 14,6%-nin ödəniş vaxtı keçib.

Son xəbərlər

Orphus sistemi