Azərbaycanda istehlak bazarı 4% böyüyüb

Azərbaycanda istehlak bazarı 4% böyüyüb 2021-ci ildə Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 53 milyard manat təşkil edib.
Maliyyə
312
22 Yanvar , 2022 17:00
Azərbaycanda istehlak bazarı 4% böyüyüb

2021-ci ildə Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 53 milyard manat təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, 2020-ci ilə nisbətən müqayisəli qiymətlərlə 3,7 % çoxdur.

Ötən il qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri əvvəlki ilə nisbətən 3,6 % artaraq 51 milyard manatdan çox olub, onun 49,8 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat ilində bir istehlakçı orta hesabla ayda 440,5 manat və yaxud nominal ifadədə 40,1 manat çox vəsait xərcləyib.

Son xəbərlər

Orphus sistemi