Azərbaycanda işsizlikdən sığorta daxilolmaları 9% artıb

Azərbaycanda işsizlikdən sığorta daxilolmaları 9% artıb Bu ilin yanvar-avqust aylarında Azərbaycanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % artaraq 85,8 milyon manat olub, proqnoz 109,7 % icra edilib.
Maliyyə
17 Sentyabr , 2021 17:52
Azərbaycanda işsizlikdən sığorta daxilolmaları 9% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % artaraq 85,8 milyon manat olub, proqnoz 109,7 % icra edilib.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8 % artaraq 63,1 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 111,3 % icra olunub.

Son xəbərlər

Orphus sistemi