Azərbaycanda ipoteka müqavilələrinin sayı 49 % artıb

Azərbaycanda ipoteka müqavilələrinin sayı 49 % artıb Bu ilin yanvar-mart ayları ərzində ölkəmizdə 15 047 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb.
Maliyyə
29 Aprel , 2022 17:45
Azərbaycanda ipoteka müqavilələrinin sayı 49 % artıb

Bu ilin yanvar-mart ayları ərzində ölkəmizdə 15 047 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb.

Bu barədə “Report” İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətə istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 922 və ya 48,6 %, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 5 596 və ya 59,2 % artıq olub.

Qeyd edək ki, daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi ölkənin iqtisadi mərkəzi sayılan Bakıda bağlanılıb. Cari ilin yanvar-mart ayları ərzində paytaxtda ümumilikdə 7 717 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 51,3 %-i və ya yarıdan çoxu deməkdir.

Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron (1 904 müqavilə), 2 saylı Sumqayıt (1 222 müqavilə), 3 saylı Gəncə (849 müqavilə) və 5 saylı Xaçmaz ərazi idarələrində (631 müqavilə) aparılıb. Həmçinin, Yevlax və Bərdə ərazi idarələri də ən çox girov qoyulan bölgələr sırasındadır. Bu nəticələri həm də bölgədəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi qəbul etmək olar.

Son xəbərlər

Orphus sistemi