Azərbaycanda investisiya şirkətinin xalis mənfəəti 32 % azalıb
- 06 may, 2024
- 13:44
Yeniliklərdən dərhal xəbərdar olun!
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2023-cü ili 2,373 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 32,2 % azdır.
Ötən il “PAŞA Kapital”ın vergiyəqədərki mənfəəti 3,004 milyon manat (əvvəlki ilə nisbətən 31,7 % az), mənfəət vergisi ödəmələri isə 631 min manat (29,7 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “PAŞA Kapital”ın aktivləri 65,911 milyon manat olub ki, bu da illik müqayisədə 46,8 % azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 2,2 dəfə azalaraq 52,014 milyon manata düşüb, balans kapitalı isə 33,5 % artaraq 13,897 milyon manata çatıb.
Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin səhmləri 100 % daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.