Azərbaycanda ilk dəfə maliyyə sərgisi keçiriləcək

Azərbaycanda ilk dəfə maliyyə sərgisi keçiriləcək Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin Müşahidə Şurasının (MŞ) görüşü keçirilib.
Maliyyə
10 Aprel , 2018 16:51
Azərbaycanda ilk dəfə maliyyə sərgisi keçiriləcək

Bakı. 10 aprel. REPORT.AZ/ "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin Müşahidə Şurasının (MŞ) görüşü keçirilib.

“Report” ASA-ya istinadən xəbər verir ki, görüşdə qurumun sədri Mustafa Abbasbəyli və MŞ-nın üzvü olan sığorta və təkrarsığorta şirkətlərinin rəhbər şəxsləri iştirak edib. 

M.Abbasbəyli rəhbərlik etdiyi qurumun bu ilin I rübündəki fəaliyyəti barədə qısa məlumat verib. O, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə maliyyə sərgisi keçirməsi niyyətində olduğunu bəyan edib. ASA sədrinin sözlərinə görə, məqsəd maliyyə sektorunun bütün iştirakçılarının – bank, sığorta və investisiya şirkətlərinin, həmçinin maliyyə sahəsində fəaliyyət göstərən xarici şirkətlərin bir araya gətirilməsi, burada təmsil olunması və müasir informasiya-kommunikasiya texnologiyalarının maliyyə sektorunda tətbiqinin təşviq edilməsindən ibarətdir. Sərgi keçirilən günlərdə Azərbaycan Sığortaçılar Forumunun da keçirilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi