Azərbaycanda iki investisiya şirkətinin rəhbərliyində dəyişiklik olub

Maliyyə
  • 05 aprel, 2024
  • 06:55
Azərbaycanda iki investisiya şirkətinin rəhbərliyində dəyişiklik olub

"Xalq Kapital İnvestisiya Şirkəti" QSC-nin İdarə Heyətinin sədri Tural Bayramov işdən çıxıb.

"Report" xəbər verir ki, o, "MFX-Trading İnvestisiya Şirkəti" ASC-nin Müşahidə Şurasının sədri vəzifəsinə təyinat alıb.

T.Bayramov yeni vəzifəsində Anar Təhməzovu əvəz edib. "Xalq Kapital"a rəhbərlik isə Fərəc Axundova həvalə olunub.