Azərbaycanda icbari sığorta bazarı 3 % böyüyüb

Maliyyə
  • 27 sentyabr, 2024
  • 10:40
Azərbaycanda icbari sığorta bazarı 3 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 235,074 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 % çoxdur.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 85,532 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 19,4 % çoxdur.

Beləliklə, 8 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 36,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 31,4 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 927,732 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,55 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 499,854 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 44,6 % çoxdur.

8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 40,8 manat olub.

44 - Tezliklə