Azərbaycanda icbari sığorta bazarı 14% böyüyüb

Azərbaycanda icbari sığorta bazarı 14% böyüyüb Bu ilin yanvar-aprel aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 101,5 milyon manat sığorta haqqı toplanılıb.
Maliyyə
13 İyun , 2020 17:15
Azərbaycanda icbari sığorta bazarı 14% böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 101,5 milyon manat sığorta haqqı toplanılıb.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.

Son 1 ildə icbari sığorta növləri üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 8,5% artaraq 25,3 milyon manat təşkil edib.

Beləliklə, 2020-ci ilin 4 ayı ərzində icbari sığorta növlərindən yığılmış hər 100 manatın 24,9 manatı ödənişə yönəldilib. Bu rəqəm 2019-cu ilin 4 ayında 26,2 manat olub. 

Son xəbərlər

Orphus sistemi