Azərbaycanda icbari avtosığorta üzrə kağız müqavilələr dövriyyədən çıxarılıb

Azərbaycanda icbari avtosığorta üzrə kağız müqavilələr dövriyyədən çıxarılıb Bakı. 1 noyabr. REPORT.AZ/ Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə kağız daşıyıcıda bağlanmış müqavilələrin (şəhadətnamələrin) təminat müddəti ötən gün başa çatıb.
Maliyyə
1 Noyabr , 2017 11:13
Azərbaycanda icbari avtosığorta üzrə kağız müqavilələr dövriyyədən çıxarılıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə kağız daşıyıcıda bağlanmış müqavilələrin (şəhadətnamələrin) təminat müddəti ötən gün başa çatıb.

Bu barədə “Report”a İcbari Sığorta Bürosundan bildirilib.

Məlumata görə, bununla da, kağız müqavilələr dövriyyədən çıxarılıb.

Xatırladaq ki, 1 noyabr 2016-cı ildən icbari avtosığorta müqavilələri yalnız elektron sənəd formasında bağlanılır.

Son xəbərlər

Orphus sistemi