Azərbaycanda I yarımildə sığorta şirkətlərinin investisiyaları 6 % artıb

Azərbaycanda I yarımildə sığorta şirkətlərinin investisiyaları 6 % artıb Sığorta şirkətlərinin investisiya seçimləri məhdud olsa da, institusional investor kimi potensiallarını reallaşdırmaqdadırlar.
Maliyyə
26 Sentyabr , 2024 17:49
Azərbaycanda I yarımildə sığorta şirkətlərinin investisiyaları 6 % artıb

Bu ilin I yarısında Azərbaycandakı sığorta şirkətlərinin investisiyaları ötən ilin sonu ilə müqayisədə 6 % (94 milyon manat) artaraq bu il iyulun 1-nə 1 milyard 602 milyon manata çatıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, sığorta şirkətlərinin investisiyalarımda artım əsasən dövlət qiymətli kağızları (100 milyon manat) hesabına baş verib. Ümumilikdə, həyat sığorta şirkətlərinin aktivlərinin 91%-ni, qeyri-həyat sığorta şirkətlərinin aktivlərinin isə 77%-ni investisiya portfeli təşkil edir. Sığorta şirkətlərinin investisiya aktivləri əsasən dövlət qiymətli kağızlarından və bank vəsaitlərindən ibarətdir.

Yanvar-iyun aylarında sığorta sektoru investisiya fəaliyyətindən 58 milyon manat gəlir əldə edib ki, bu da cəmi gəlirlərin 8%-ni təşkil edir.

Son xəbərlər

Orphus sistemi