Azərbaycanda I rübdə uyğunluğu qiymətləndirən 19 qurum akkreditasiyadan keçib

Azərbaycanda I rübdə uyğunluğu qiymətləndirən 19 qurum akkreditasiyadan keçib Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti Azərbaycanda uyğunluğu qiymətləndirən 19 qurumu akkreditasiyadan keçirib.
Maliyyə
7 İyun , 2023 10:13
Azərbaycanda I rübdə uyğunluğu qiymətləndirən 19 qurum akkreditasiyadan keçib

Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti Azərbaycanda uyğunluğu qiymətləndirən 19 qurumu akkreditasiyadan keçirib.

“Report” xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli tviter hesabında bildirib.

Onun sözlərinə görə, bunlardan 5-i kalibrləmə laboratoriyası, 12-si sınaq laboratoriyası, 2-si isə inspeksiya xidməti göstərən orqandır.

“Ölkədə akkreditasiya sisteminin təkmilləşdirilməsi bazarın təhlükəli mallardan qorunmasına, keyfiyyətli xidmətlərin təşkilinə, ixracın artmasına və sahibkarlığın inkişafına imkan yaradır”, - deyə M.Abbasbəyli qeyd edib.

Son xəbərlər

Orphus sistemi