Azərbaycanda hüquqi şəxslərin torpaq vergisi üzrə proqnoz cüzi artırılır

Azərbaycanda hüquqi şəxslərin torpaq vergisi üzrə proqnoz cüzi artırılır Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsi gəlirlərinin 49,4 milyon manatının və yaxud 0,1 %-nin hüquqi şəxslərin torpaq vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Maliyyə
25 May , 2024 10:48
Azərbaycanda hüquqi şəxslərin torpaq vergisi üzrə proqnoz cüzi artırılır

Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsi gəlirlərinin 49,4 milyon manatının və yaxud 0,1 %-nin hüquqi şəxslərin torpaq vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü il üçün təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,2 % və ya 2 milyon manat çoxdur.

Xatırladaq ki, Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata, xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi