Azərbaycanda hüquqi şəxslərin əmlak vergisi üzrə proqnoz 28 % artırılır
Maliyyə
- 25 oktyabr, 2022
- 05:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan hökuməti gələn il hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaların 302,8 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.
"Report" bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 28,3 % çoxdur.
2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720,7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,2 % və 3,1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16,95 % azdır.
Son xəbərlər
09:27
Foto
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
Fərdi
09:26
Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək
Media
09:25
EBRD Azərbaycandakı riteylerin investisiya proqramını dəstəkləməyi planlaşdırır
Maliyyə
09:15
FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib
Hadisə
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (02.11.2026)
Maliyyə
09:03
Azərbaycan Premyer Liqası: X turun son oyununda "Sumqayıt" "Şəfa"nı qəbul edir
Futbol
08:57
Quldurlar 23 dənizçinin olduğu İran gəmisini ələ keçirib
Digər ölkələr
08:42
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
Maliyyə
08:33
Sloveniya hakimiyyəti 15 min dövlət qulluqçusunun məlumatlarının sızdığını açıqlayıb
Digər ölkələr