Azərbaycanda həyat sığortası üzrə ödənişlər təqribən 63 % artıb
- 02 noyabr, 2024
- 09:42
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 560,139 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,3 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 62,8 % artaraq 363,083 milyon manata çatıb.
Beləliklə, 9 ay ərzində həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 64,8 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 46,3 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 23,707 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 553,746 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 38,3 % çoxdur.
9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 54,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 42,8 manat olub.