Azərbaycanda həm könüllü, həm də icbari sığorta artıb

Azərbaycanda həm könüllü, həm də icbari sığorta artıb Bakı. 18 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 335,765 mln. manat sığorta haqqı toplanılıb.
Maliyyə
18 Dekabr , 2017 17:23
Azərbaycanda həm könüllü, həm də icbari sığorta artıb
Report

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 335,765 mln. manat sığorta haqqı toplanılıb.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% çoxdur.

11 ay ərzində icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 6,8% artaraq 168,47 mln. manat olub.

Hesabat dövründə könüllü sığorta növləri üzrə isə ödənişlərin məbləği 179,719 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 8,2% çoxdur. Son 1 ildə icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 1,5% azalaraq 51,161 mln. manata düşüb.

Beləliklə, yanvar-noyabrda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 53,5 manatı qədər ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 57,1 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 33 manatdan 30,4 manata düşüb. 

Son xəbərlər

Orphus sistemi