Azərbaycanda gömrük rüsumları üzrə proqnoz 19 % artırılır

Azərbaycanda gömrük rüsumları üzrə proqnoz 19 % artırılır Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinın gəlirlərinin 1 milyard 757 milyon manatının və yaxud 4,8 %-nin gömrük rüsumları üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Maliyyə
25 May , 2024 14:41
Azərbaycanda gömrük rüsumları üzrə proqnoz 19 % artırılır

Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinın gəlirlərinin 1 milyard 757 milyon manatının və yaxud 4,8 %-nin gömrük rüsumları üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 19,1 % və ya 282 milyon manat çoxdur.

Xatırladaq ki, Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata, xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi