Azərbaycanda gənc ailələr üçün İslam ipoteka kreditinin müddəti artırılır

Azərbaycanda gənc ailələr üçün İslam ipoteka kreditinin müddəti artırılır Azərbaycan Beynəlxalq Bankı gələn ildən şəriət qaydaları ilə verdiyi ipoteka kreditinin müddətini 25 ilədək artırmaq niyyətindədir
Maliyyə
238
18 Noyabr , 2014 12:07
Azərbaycanda gənc ailələr üçün İslam ipoteka kreditinin müddəti artırılır

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının İslam bankçılığı Departamenti şəriət qaydaları ilə verdiyi ipoteka kreditinin maksimal müddətini 2015-ci ildən azı iki dəfə artırmağı planlaşdırır.

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Departamentin rəhbəri Behnam Qurbanzadə bildirib: “Hazırda Azərbaycan Beynəlxalq Bankının daxili ipoteka proqramı çərçivəsində 10-15 il müddətinə İslam ipotekası təklif edirik. Bu proqram İslam bankçılığı Departamentinin fəaliyyətinə uyğunlaşdırılıb. Gələn il qanunvericiliyə dəyişiklik edildikdən sonra daha çevik fəaliyyət göstərəcəyik. Bu halda gənc ailələr üçün ipotekanın müddətini də 20-25 ilədək artıra bilərik”.

Son xəbərlər

Orphus sistemi