Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası (AFBİA) bu ilin son aylarında üzvlərlə keçirdiyi fərdi görüşlər əsasında 2015-ci il üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirib. "Report"un verdiyi xəbərə görə, bu barədə assosiasiyanın (AFBİA) İdarə Heyətinin sədri Ceyhun İbrahimov bildirib: "Fəaliyyət istiqamətləri arasında üzv olmayan şirkətlərin üzvlüyü, peşəkarların müzakirə platformasına nail olunması məsələləri də var".
“Mütəmadi görüşlərin keçirilməsi assosiasiyanın müzakirə platformasına nail olmasına kömək edəcək. Həmçinin yaxın gələcəkdə bir neçə nəfərlik işçi heyətinin yaradılması təklif olunur. Bunun üçün birliyin büdcəsi formalaşdırılma
C.İbrahimovun sözlərinə görə, ortamüddətli dövrdə əsas hədəf qiymətli kağızlar bazarının, brokerlərin doğru imicinin formalaşdırılma
AFBİA başçısı əlavə edib ki, üçüncü əsas hədəf isə peşəkar iştirakçıların riayət edəcəkləri Etik Kodeksin müəyyən olunmasıdır: "Hazırda Etik Kodeksin hazırlanması üçün beynəlxalq təcrübənin öyrənilməsi ilə məşğuluq".