Azərbaycanda eyni şəxsə məxsus 4 şirkət ləğv olunur
- 16 fevral, 2022
- 11:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda eyni şəxsə məxsus “Zonzo”, “Lets Go Holidays”, “Lets Go Future” və “On Track Tourism” MMC-lər ləğv olunduğunu elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində müvafiq olaraq Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 34, Sumqayıt şəhəri, 26-cı məhəllə, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 2 və Yasamal rayonu, Lev Tolstoy küçəsi, 10 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Zonzo”, “Lets Go Future”, “On Track Tourism” 2019-cu ildə, “Lets Go Holidays” isə 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətlərin hamısının qanuni təmsilçisi Eynur Tofiq oğlu Əhmədovdur.