Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” mövzusunda sorğu keçirilməsi ilə bağlı elan etdiyi açıq tenderin nəticəsi məlum olub.
“Report”un məlumatına görə, Tender Komissiyası “Elmi-Tədqiqat və Statistika İnnovasiyalar Mərkəzi” MMC-ni qalib elan edib.
Qalib şirkətlə satınalma müqaviləsi imzalansa da, bu xidmətin AMB-yə neçə manata başa gələcəyi açıqlanmayıb.