Azərbaycanda ətraf mühitin və təbiətin mühafizə xərcləri 4% artırılır

Azərbaycanda ətraf mühitin və təbiətin mühafizə xərcləri 4% artırılır Gələn il Azərbaycanın dövlət büdcəsindən ətraf mühitin və təbiətin mühafizəsi, bioloji zənginliyin qorunması, torpaq və yer quruluşu, hidrometeorologiya, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq, ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlə
Maliyyə
6 Noyabr , 2021 11:42
Azərbaycanda ətraf mühitin və təbiətin mühafizə xərcləri 4% artırılır

Gələn il Azərbaycanın dövlət büdcəsindən ətraf mühitin və təbiətin mühafizəsi, bioloji zənginliyin qorunması, torpaq və yer quruluşu, hidrometeorologiya, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq, ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi, ətraf mühitin mühafizəsi üzrə tətbiqi tədqiqatlar və digər xidmətlər üçün 285,8 milyon manat vəsait ayrılacaq.

"Report"un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,7% çoxdur.

Həmim vəsaitin 249 milyon manatı ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsinə, 15,5 milyon manatı meşə təsərrüfatına, 11 milyon manatı hidrometeorologiyaya, 7,7 milyon manatı bioloji zənginliyin qorunmasına, 1,4 milyon manatı balıqçılıq və ovçuluğa, 1,2 milyon manatı isə digər xərclərə yönəldiləcək.

Son xəbərlər

Orphus sistemi