Azərbaycanda ən çox vergi ödəyən 100 kommersiya qurumunun siyahısında 9 bank var

Maliyyə
  • 14 fevral, 2025
  • 11:52
Azərbaycanda ən çox vergi ödəyən 100 kommersiya qurumunun siyahısında 9 bank var

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bu gün açıqladığı ən çox vergi ödəyən 100 kommersiya qurumunun siyahısında 10 kredit təşkilatı var.

"Report" xəbər verir ki, bunlardan 9-u bank, 1-i isə bank olmayan kredit təşkilatıdır (BOKT).

Söhbət "Kapital Bank" (170,6 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (131,4 milyon manat), "PAŞA Bank" (105,7 milyon manat), "Unibank" (34,6 milyon manat), "Bank Respublika" (28,9 milyon manat), "Access Bank" (14,9 milyon manat), "Rabitəbank" (14 milyon manat), "Azər-Türk Bank" (12,1 milyon manat) və "Bank of Baku"dan (11,6 milyon manat), eləcə də "Azpul" MMC BOKT-dan (18,8 milyon manat) gedir.

Bundan başqa, "PAŞA Həyat Sığorta" (24,6 milyon manat) və "PAŞA Sığorta" (14,8 milyon manat) şirkətləri də ilk 100-lüyə düşüblər.

Son xəbərlər

Bütün Xəbər Lenti