Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 45 %-ə yaxın azalıb

Maliyyə
  • 30 noyabr, 2024
  • 13:25
Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 45 %-ə yaxın azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əmlak sığortası üzrə 178,835 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 26,946 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 44,7 % azdır.

Əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 15,1 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 27,6 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 112,027 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,05 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 622,301 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 36,8 % çoxdur.

10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 44,6 manat olub.

44 filmi