Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 38 %-ə yaxın azalıb

Maliyyə
  • 31 dekabr, 2024
  • 10:25
Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 38 %-ə yaxın azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əmlak sığortası üzrə 201,636 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 32,771 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 37,7 % azdır.

11 ay ərzində əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 16,3 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 27,5 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 222,166 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 10,3 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 694,053 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 39,5 % çoxdur.

11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 44,9 manat olub.

44 filmi