Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 36 % artıb
- 24 avqust, 2024
- 08:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əmlak sığortası üzrə 130,091 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 18,765 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 36 % çoxdur.
7 ay ərzində əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 14,4 manatı ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 10,7 manat olub.
Xatırladaq ki, yanvar-iyul aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 833,581 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 440,192 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,6 % çoxdur.
7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 37,1 manat olub.