Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 31 % azalıb
- 27 sentyabr, 2024
- 11:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əmlak sığortası üzrə 149,120 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 21,088 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 31,3 % azdır.
8 ay ərzində əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 14,1 manatı ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 21,4 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 927,732 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,55 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 499,854 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 44,6 % çoxdur.
8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 40,8 manat olub.