Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 23 %-ə yaxın artıb
- 02 avqust, 2025
- 17:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əmlak sığortası üzrə 106,961 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 20,228 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 22,7 % çoxdur.
6 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 18,9 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 16,9 manat olub.
Xatırladaq ki, bu ilin I yarısında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 817,048 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,7 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 432,198 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,4 % çoxdur.
Ötən 6 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 49,1 manat olub.