Azərbaycanda əmanətlərin dollarlaşması zəifləyib

Azərbaycanda əmanətlərin dollarlaşması zəifləyib Mayın 1-nə fiziki şəxslərin banklardakı vəsaitlərinin 76,6%-i Amerika valyutasında olub
Maliyyə
9 İyun , 2017 17:00
Azərbaycanda əmanətlərin dollarlaşması zəifləyib
Report

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycanda əhalinin bank əmanətlərində dollarlaşma göstəricisi bu il mayın 1-nə 76,6% təşkil edib. 

Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. 

Xatırladaq ki, bu göstərici aprelin 1-də 78,6%, 1 il bundan əvvəl isə 81,7% olub. 

AMB-nin hesabatına əsasən, aprelin sonunda fiziki şəxslərinin banklardakı əmanətlərinin məbləği 6 873,2 mln. manat təşkil edib. Bu da əvvvəlki ayla müqayisədə 38,2 mln. manat və yaxud 0,55% azdır. İlin əvvəli ilə müqayisədə əmanətlərdə 575,5 mln. manat və yaxud 7,7%, ötən ilin eyni dövrü ilə müqayisədə 811,8 mln. manat və yaxud 10,6% azalma qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi