Azərbaycanda əmanətlərin dollarlaşması 64%-ə yüksəlib

Maliyyə
  • 04 may, 2018
  • 13:48
Azərbaycanda əmanətlərin dollarlaşması 64%-ə yüksəlib

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il martın 1-nə 7 657,2 mln. manat təşkil edib ki, bunun da 4 906,1 manatı və yaxud 64,1%-i xarici valyutada yerləşdirilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu nisbət martın 1-də 62,1% olub.

Başqa sözlə, martda əmanətlərin dollarlaşması 2% bəndi artıb.