Bakı. 7 avqust. REPORT.AZ/ Azərbaycanda əhalinin manatla saxladığı bank depozitlərinin ümumi həcmi cari ilin iyulun 1-nə 4 633,2 mln.manat təşkil edib. Bu, iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə 79 mln. manat və ya 1,7% çoxdur.
Bu barədə "Report"a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Qeyd edək ki, bu, 2015-ci ilin əvvəlindən azalan manatla depozitləri üzrə bu il üçün ilk artımdır. İlin əvvəli ilə müqayisədə isə manat depozitləri 2 642,5 mln. manat və ya 36,3% azalıb.
Bununla yanaşı bildirilir ki, açıqlanan rəqəmlərə qeyri-rezidentlər və dövlət idarəetmə orqanlarının depozitləri daxil deyil.