Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 7 152 milyon manatı əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmaların payına düşəcək.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 18,4 % çoxdur.
Yenilənmiş məbləğin 56,8%-ni və yaxud 4 060 milyon manatını Dövlət Gömrük Komitəsi, 43,2 %-i və yaxud 3 092 milyon manatını isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təmin edəcək. Bunlar isə 2023-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 25,8 % və 9,9 % çoxdur.
Xatırladaq ki, dəyişikliklə bu il büdcə gəlirlərinin 33 milyard 779,5 milyon manat, büdcə xərclərinin isə 36 milyard 568,8 milyon manat olacağı gözlənilir.