Azərbaycanda ƏDV-nin artım tempi qeyri-neft ÜDM-ni 5%-ə yaxın üstələyib

Azərbaycanda ƏDV-nin artım tempi qeyri-neft ÜDM-ni 5%-ə yaxın üstələyib Bu ilin yanvar-mart aylarında vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur
Maliyyə
28 Aprel , 2021 11:30
Azərbaycanda ƏDV-nin artım tempi qeyri-neft ÜDM-ni 5%-ə yaxın üstələyib

Bu ilin yanvar-mart aylarında vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətindən bildirilib.

Məlumata görə, qeyri-neft-qaz sektorunda ƏDV, aksiz, topraq, mədən və mənfəət vergisinin artım templəri qeyri-neft ÜDM-in nominal artım tempini 4,9 % üstələyib. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 35,2 %-ə, mənfəət vergisi üzrə 29,1 %-ə, gəlir vergisi üzrə 18,1 %-ə, aksizlər üzrə 6,2 %-ə qalxıb. Bu tədiyələrdə yüksək artım dinamikası dövriyyələrin şəffaflaşdırılması şəraitində müşahidə olunmaqdadır.

Bu ilin birinci rübündə qeyri-neft-qaz sektorunun bir sıra fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Qeyri-neft-qaz sektorunda sənaye, xidmət və rabitə üzrə daxilolmaların artım templəri qeyri-neft ÜDM-in nominal artım tempini 4,9 % üstələyib. Ötən ilin eyni dövrü ilə müqayisədə daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (41,5 %), sənaye sektorunda (23,1 %), xidmət sektorunda (15,7 %), ticarət sahəsində (2,5 %), digər fəaliyyət sahələrində (6,6 %) qeydə alınıb. Vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşması sahəsində görülən işlər nəticəsində iqtisadi fəaliyyət sahələrində real vergi potensialının aşkarlanması və bu əsasda büdcəyə vergi daxilolmalarının artırılması təmin olunmaqdadır.

Son xəbərlər

Orphus sistemi