Azərbaycanda dövriyyədəki nağd pul 7 illik minimuma enib

Azərbaycanda dövriyyədəki nağd pul 7 illik minimuma enib "Report": Nağd pulun həcminin hazırkı səviyyədə sabitləşməsi gözlənilir
Maliyyə
154
11 Mart , 2016 17:45
Azərbaycanda dövriyyədəki nağd pul 7 illik minimuma enib

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycanda dövriyyədə olan nağd pulun həcmi 2016-cı il fevralın 1-nə 4 954,7 mln. manat təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, dövriyyədə olan nağd pulun həcmi yanvarın 1-nə nisbətən 462,1 mln. manat və ya 8,5% azalıb və son 7 ilin minimal səviyyəsinə geriləyib. 

Keçən ilin analoji dövrü ilə müqayisədə dövriyyədə olan nağd pul 5 190,6 mln. manat və ya 51,2% azalıb. Qeyd edək ki, dövriyyədəki nağd pul kütləsi 2014-cü ilin iyul ayında maksimal həddə çatıb və 11 144,4 mln. manat təşkil edib.

Dövriyyədə olan nağd pulun həcminin azalması əhalinin xarici valyutaya tələbatının artması ilə bağlıdır. Belə ki, ABŞ dollarının dünyanın demək olar ki, bir çox valyutasına nəzərən möhkəmlənməsi prosesi Azərbaycanda da müşahidə edilib. Bundan başqa, qlobal böhran fonunda alıcılıq qabiliyyətinin aşağı düşməsi, insanların daha ehtiyatlı istehlakçıya çevrilməsi nəticəsində dövriyyədə olan nağd pulun həcmi azalıb. "Report"un analitik qrupu manatın məzənnəsinin tədricən azalması fonunda nağd pul kütləsinin həcminin cari səviyyədən çox aşağı enməyəcəyini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi