Maliyyə naziri: “Xarici dövlət borcunun tədricən daxili dövlət borcu ilə əvəz edilməsi uğurla davam edir”

Maliyyə naziri: “Xarici dövlət borcunun tədricən daxili dövlət borcu ilə əvəz edilməsi uğurla davam edir” Bu il yanvarın 1-nə Azərbaycanda dövriyyədə olan dövlət qiymətli kağızlarının məbləği 6 milyard manatdan çox olub.
Maliyyə
8 Fevral , 2024 11:39
Maliyyə naziri: “Xarici dövlət borcunun tədricən daxili dövlət borcu ilə əvəz edilməsi uğurla davam edir”

Azərbaycanda dövlət qiymətli kağızlarının ümumi daxili məhsuldakı (ÜDM) payı 5 %-i keçib.

Bunu "Report"a müsahibəsində maliyyə naziri Samir Şərifov bildirib.

“Bu il yanvarın 1-nə dövriyyədə olan dövlət qiymətli kağızlarının ümumi məbləği 6 milyard manatdan çoxdur. Ötən ilin nəticələrinə görə ÜDM-in dəyərinin 123 milyard manat təşkil etdiyini nəzərə alsaq, bu, dövlət qiymətli kağızlarının ÜDM-dəki payının 5 %-i keçdiyi anlamına gəlir.

Bildiyiniz kimi 2018-ci ildə dövlət qiymətli kağızları bazarında bir canlanma baş verdi. Bu, həmin il ölkə Prezidentinin sərəncamı ilə “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın qəbul edilməsi ilə əlaqədar idi. Həmin strategiyada ilk olaraq nəzərdə tutulub ki, xarici dövlət borcu tədricən daxili dövlət borcu ilə əvəz edilsin. Hesab edirəm ki, bu proses uğurla davam edir. Nəticə etibarı ilə xarici dövlət borcunun ümumi dövlət borcunda xüsusi çəkisi azalıb. Biz bunu artıq görürük", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, xarici dövlət borcunun və ümumiyyətlə dövlət borcunun ÜDM-yə müəyyən nisbət göstəriciləri təqdim edilir: "Hazırda onlar yenidən baxılmaqla 30 % səviyyəsində nəzərdə tutulur. Qeyd etmək istərdim ki, cari ilin əvvəlinə biz bu məhdudiyyəti gözləmişik. Belə ki, ümumi dövlət borcumuzun ÜDM-yə olan nisbəti 21 %-dən bir qədər çoxdur. Nəzərdə tutulduğu kimi xarici dövlət borcumuz azalır. Artıq onun ÜDM-yə nisbəti 10 %-nin altındadır. Xarici dövlət borcumuz ötən il də mütləq ifadədə azalıb. Yəni bu proseslər gedir”,-

S.Şərifov ilə müsahibəni tam şəkildə buradan oxumaq mümkündür.

Son xəbərlər

Orphus sistemi