Azərbaycanda dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 1 100-ə çatıb

Azərbaycanda dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 1 100-ə çatıb Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 36 031 borcalana 1 942,103 milyon manat kredit verib.
Maliyyə
28 Oktyabr , 2021 14:16
Azərbaycanda dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 1 100-ə çatıb

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 36 031 borcalana 1 942,103 milyon manat kredit verib.

“Report” xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 234,128 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 100 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi