Azərbaycanda dövlət xəttilə ipoteka krediti götürənlərin sayı 38 mini ötüb

Azərbaycanda dövlət xəttilə ipoteka krediti götürənlərin sayı 38 mini ötüb Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 38 035 borcalana 2 milyard 093,610 milyon manat kredit verib.
Maliyyə
18 Mart , 2022 11:13
Azərbaycanda dövlət xəttilə ipoteka krediti götürənlərin sayı 38 mini ötüb

Bu günə qədər Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 38 035 borcalana 2 milyard 093,61 milyon manat kredit verib.

“Report” xəbər verir ki, bu barədə İKZF-in açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 289,103 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 442 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi