Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 62 % artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 62 % artıb Bu ilin yanvar-avqust aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 256,2 milyon manat ipoteka krediti verilib.
Maliyyə
22 Sentyabr , 2021 12:14
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 62 % artıb

Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 256,2 milyon manat kredit verilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62,4% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə təxminən 4 dəfə artaraq 236,5 milyon manata çatıb.

Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsait 23,1% artaraq 160 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 4 dəfə azalaraq 35,6 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi