Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 4% artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 4% artıb Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 54.4 milyon manat ipoteka krediti verilib.
Maliyyə
175
29 Aprel , 2020 16:33
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 4% artıb

Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 54.4 milyon manat ipoteka krediti verilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği 89,7% azalaraq 7,3 milyon manata düşüb.

Son 1 ildə qurumun qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsait 100% azalıb, əvəzində Fonda büdcədən 17,8 milyon manat vəsait ayrılır (ötən ilin eyni dövründə vəsait ayrılmayıb). 

Son xəbərlər

Orphus sistemi