Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 38% artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 38% artıb Ötən il İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 356,3 milyon manat ipoteka krediti verilib.
Maliyyə
24 Yanvar , 2022 15:02
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 38% artıb

2021-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 356,3 milyon manat ipoteka krediti verilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 38,4% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 2,5 dəfə artaraq 409,9 milyon manata çatıb.

Bundan başqa, il ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsait 21,7% artaraq 280 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 2,3 dəfə azalaraq 71,1 milyon manat olub.

Son xəbərlər

Orphus sistemi