Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 1,9 milyard manatı ötüb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 1,9 milyard manatı ötüb Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 35 416 borcalana 1 900,902 milyon manat məbləğində ipoteka krediti verilib.
Maliyyə
13 Sentyabr , 2021 11:14
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 1,9 milyard manatı ötüb

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 35 416 borcalana 1 900,902 milyon manat məbləğində ipoteka krediti verilib.

“Report” xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 233,278 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 991 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi