Azərbaycanda dövlət büdcəsindən maliyyələşən qurumlarda yaranan debitor borcların təhlili aparılıb

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən qurumlarda yaranan debitor borcların təhlili aparılıb Bakı. 21 noyabr. REPORT.AZ/ Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.
Maliyyə
21 Noyabr , 2018 15:59
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən qurumlarda yaranan debitor borcların təhlili aparılıb
Hesablama Palatası / Report

Bakı. 21 noyabr. REPORT.AZ/ Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

“Report”un Palataya istinadən verdiyi xəbərə görə, iclasda Dövlət İnvestisiya Proqramının və dövlət büdcəsindən maliyyələşən qurumlarda yaranan debitor borcların təhlilinin nəticələrinə dair nəzarət tədbirləri üzrə rəylər müzakirə olunub.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və nəzarət tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub.

Son xəbərlər

Orphus sistemi