Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddi 30 % müəyyən edilib
- 24 oktyabr, 2023
- 12:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Prezident İlham Əliyev icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədlərinin, habelə 2024-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin müəyyən edilməsi haqqında fərman imzalayıb.
"Report" xəbər verir ki, fərmana əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 17,5%, 2024-cü ilin sonuna isə 24%, eləcə də dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 30% müəyyən edilib.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.