Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbəti maksimum 20 % olacaq

Maliyyə
  • 30 dekabr, 2022
  • 11:50
Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbəti maksimum 20 % olacaq

Prezident İlham Əliyev İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə 2023-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin müəyyən edilməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, fərmana əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 17,5 %, 2023-cü ilin sonuna isə 25 % müəyyən edilib.

Bundan başqa, dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 20 % müəyyən olunub.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.

44 filmi