Azərbaycanda dollarla valyuta əməliyyatlarının dəyəri artıb, avro ilə azalıb

Azərbaycanda dollarla valyuta əməliyyatlarının dəyəri artıb, avro ilə azalıb Bakı. 24 may. REPORT.AZ/ 2018-ci ilin I rübündə valyuta bazarının hər iki seqmentində - qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların dəyərinin artması müşahidə edilib.
Maliyyə
24 May , 2018 17:55
Azərbaycanda dollarla valyuta əməliyyatlarının dəyəri artıb, avro ilə azalıb
0 : 00
0 : 00

Bakı. 24 may. REPORT.AZ/ 2018-ci ilin I rübündə valyuta bazarının hər iki seqmentində - qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların dəyərinin artması müşahidə edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir. 

Məlumata görə, qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların dəyəri 4,8 mlrd. ABŞ dolları ekvivalentində olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2% çoxdur. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 84%-i dollarda, 16%-i digər valyutalarda aparılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dollarla valyuta əməliyyatlarının dəyəri 12,4% artıb, avro ilə əməliyyatların isə 12,1% azalıb.

Qeyri-nağd valyuta əməliyyatlarının 29%-i banklararası valyuta bazarında (BVB), 71%-i isə bankdaxili valyuta bazarında (BDVB) aparılıb. Hesabat dövründə BVB-də dövriyyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb. BVB-də dollarla aparılmış əməliyyatların 54.3%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub.

Bankların nağd xarici valyutanın alqı-satqısı üzrə apardığı əməliyyatların dəyəri isə 1,4 mlrd. dollar ekvivalentində olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,3% çoxdur. Cari ilin I rübündə bankların nağd dollar alışı 594,2 mln., satışı isə 517,8 mln. məbləğində olub. Alışlar satışları 76,4 mln. dollar üstələyib. Avro ilə əməliyyatlarda isə satışların alışları 104 mln. avro üstələməsi qeydə alınıb. 

Digər valyutalar (İngilis funt sterlinqi və Rus rublu) üzrə bankların nağd alışlarının məbləği 60,7 mln. dollar ekvivalentində, nağd satışların məbləği isə 24,7 mln. dollar ekvivalentində olub. Aylar üzrə nağd dollar üzrə əməliyyatların dinamikasına nəzər yetirdikdə görərik ki, banklar yanvar və fevral aylarında alışları satışlarını, mart ayında isə satışları alışlarını üstələyib.

Son xəbərlər

Orphus sistemi