Azərbaycanda depozit və əmanətlər üzrə faiz dərəcələri arıb

Azərbaycanda depozit və əmanətlər üzrə faiz dərəcələri arıb Dollarla verilən kreditlərin fazi dərəcəsi isə azalıb
Maliyyə
140
11 Noyabr , 2016 14:30
Azərbaycanda depozit və əmanətlər üzrə faiz dərəcələri arıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının depozit və əmanətlər üzrə orta faiz dərəcəsi bu ilin sentyabr ayında qarışıq tendensiya göstərib. Hesabat dövründə manat ekvivalentində əmanət və depozitlər üzrə orta faiz dərəcəsi avqust ayı ilə müqayisədə 0,2 faiz bəndi artaraq illik 8,75% təşkil edib. Xarici valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi isə 0,15 faiz bəndi artaraq 5,12%-ə çatıb.

Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Kommerisya bankları tərəfindən sentyabrda ayında verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyuta ekvivalentində müvafiq olaraq illik 12,42% və 10,10% təşkil edib. 

Xatırladaq ki, sentyabrın 1-nə bu göstəricilər manatda 12,28%, xarici valyutada isə 10,21% olub.

Son xəbərlər

Orphus sistemi